Zaur Axundov Tərlan Əhmədovu bezdirib
- 10 Mar 2020 18:00
- 948
"Keşlə"nin baş məşqçii Tərlan Əhmədov dözülməz şəraitdə işləməyə məcbur qalıb.
Rekord.az-a daxil olan məlumata görə, buna səbəb klub rəhbəri Zaur Axundovun onun işinə hədsiz müdaxiləsidir.
Axundov hətta heyətin müəyyənləşməsində də Əhmədovun işinə qarışır. Əslində bu da başadüşüləndi çünki yeni legionerlərin demək olar hamısını klub bossu gətirib. Ona görə də oynamalarını tələb edir. Əhmədov isə hələlik işi xatirinə yaranmış vəziyyətə dözür.