Zaur Əliyev üçün DÇ-də “bürünc” şansı
- 01 Noy 2019 23:37
- 1240
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Püşk Zaur Əliyevi startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüş də gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz Qazaxıstan güləşçisiylə qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabıyla geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal görüşünə çıxacaq.
Tuncay Vəzirzadə təsnifat mərhələsində çətinlik çəkmədən Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.
Eltun Vəzirzadə ilk görüşdə Danimarka təmsilçisini üstələyib. Ancaq 1/8 finalda Türkiyə pəhləvanıyla bacarmayıb.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
55 kq
1/8 final - Zaur Əliyev - Nuqzari Tsurtsumia (GEO) 6:4
1/4 final - Zaur Əliyev - Amanqali Bekbolatov (KAZ) 6:4
1/2 final - Zaur Əliyev - Emin Seferşayev (RUS) 0:7
Bürünc medal görüşü - Zaur Əliyev
77 kq
Təsnifat - Tuncay Vəzirzadə - Pyotr Prjemislav (POL) 8:1
1/8 final - Tuncay Vəzirzadə - Sayan Sayan (İND) 1:3
87 kq
Təsnifat - Eltun Vəzirzadə - Turpan Ali Bisultanov (DEN) 4:2
1/8 final - Eltun Vəzirzadə - Ali Cengiz (TUR) 2:7