Zaur Həşimov Anar Niftəliyevi niyə yanında saxladı?
- 11 Okt 2019 14:00
- 1692
Zaur Həşimov "Zirə"nin yeni baş məşqçisi təyin edilib.
"Rekord.az" xəbər verir ki, gənc məşqçi Samir Abasovun komandasından yalnız qapıçılarla işləyən məşqçi Anar Niftəliyevi yanında saxlayacağını bildirib.
Bu isə səbəbsiz deyil. Həşimovla Niftəliyev uşaqlıq dostlarıdır. Hər ikisi Sumqayıt futbol məktəbinin yetirməsidir və eyni yaş qrupundan ibarət komandada millilərdə oynayıblar. 1997-ci ildə 1980-81-ci il təvəllüdlü futbolçular arasında Azərbaycan çempionu olan "Sumqayıt" komandasının üzvləri olublar.
Bununla yanaşı, Niftəliyev uzun illərdi özünü yaxşı tərəfdən göstərməyi bacarır. Onun işindən hər kəs razı qaldığı üçün Həşimov bu qərarı rahat verib.