Zaur Həşimov “Zirə”dəki debüt matçından danışdı
- 12 Okt 2019 20:00
- 846
“Zirə”nin yeni baş məşqçisi Zaur Həşimov bu gün “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:
“Küləkli hava hər iki komandanın oyununa mane olurdu. Cəmi iki məşqə çıxmışıq, ilk oyunumuz idi. Heç taktiki məşqimiz də olmayıb ki, istədiklərimizi futbolçulara aşılaya bilək. Ona görə də qeydə alınan hesabı normal qarşılayıram. Bəzi dəyişiklikləri həyata keçirmək üçün vaxta ehtiyacımız var. Daha əvvəl komandada iki zədəli futbolçu var idi, "Qəbələ" ilə Premyer Liqa oyununda daha üç futbolçumuz zədələnib, bu da komandaya öz təsirini göstərir”.