“Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm”
- 16:00
- 32
“Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm”.
Rekord.az xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi “İnstagram” hesabında yazıb.
Ötən gün 1-ci Liqanın 17-ci turunda "Çorum"la heç-heçə etdikləri oyunun 61-ci dəqiqəsində meydana çıxan forvard qarşılaşmanın asan olmadığını bildirib:
"Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi ilə xal qazana bildik".
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.