Argentina millisinin kapitanı Lionel Messi Amerika Kubokunun Kolumbiya ilə final matçı zamanı zədələnib.

Rekord.az xəbər verir ki, o, hesab 0:0 olarkən - görüşün 66-cı dəqiqəsində sıradan çıxıb.

37 yaşlı hücumçu Nikolas Qonzaleslə əvəzlənib. Messi meydanı tərk etdikdən sonra ehtiyat oyunçular skamyasında əyləşib və ağlayıb. 

Final görüşünün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb. 112-ci dəqiqədə Argentina millisinin üzvü Lautaro Martines hesabı açmağı bacarıb. Bununla da Argentina 1:0 hesablı qələbə ilə Amerika Kubokunun qalibi olub. Argentina millisi tarixində 16-cı, Messi isə 2-ci dəfə dəfə bu titulu qazanıb.