Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Rekord.az xəbər verir ki, Pauerlifterimiz Rəsul Zəkiyev (-80 kq) 2 qızıl medal qazanıb.

Zəkiyev ən yaxşı qaldırdığı nəticəyə görə (95 kq) və umümi qaldırdığı çəkiyə görə (265 kq) qızıl medallara sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl Talıb Zeynalov (+107 kq) bu yarışda 2 gümüş, Zəhra Dadaşova (+55) və Leyla Kərimova (+86) isə 2 qızıl medal qazanıblar.