“Zenit”in futbolçusu Super Liqa klubunda
- 31 Yan 2020 13:21
- 772
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Zenit” klubundan Robert Makı transfer edib.
Bu barədə “Konyaspor”un rəsmi saytı məlumat yayıb. Slovakiya millisinin üzvü ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Hər iki cinahda oynamağı bacaran 29 yaşlı futbolçu yeni komandasında elə 29 nömrəli formanı geyinəcək.
“Slovan” və “Mançester Siti”nin futbol akademiyasının yetirməsi olan, Almaniyanın “Nürnberq”, Yunanıstanın PAOK komandalarının uğurları üçün çalışmış Robert Mak, 2016-cı ilin yayından “Zenit”də çıxış edir. Amma 2017/18 mövsümündə slovakiyalı futbolçu PAOK-a icarəyə verilib. Sankt-Peterburq təmsilçisində bütövlükdə 72 rəsmi oyuna çıxan Mak, 14 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub, Rusiya çempionu adını qazanıb.