Ötən gün Zərdabda məşqçi müəllim Faiq Nuriyevin rəhbərliyi ilə cüdo idman növü üzrə nümunəvi çıxışlar nümayiş olunub.

Rekord.az xəbər verir ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd cüdo idman növünün təbliği, əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.