Zidan "Formula 1"-in səfiri oldu
- 17 Fev 2023 12:42
- 458
Zinəddin Zidan "Formula 1"də rəsmi səfir olub.
Rekord.az xəbər verir ki, o, Londonda keçirilən və "Alpin" komandasının təqdim etdiyi tədbirdə iştirak edib.
"Alpin"i 2023-cü ildə iki fransız pilot - Esteban Ocon və Pier Gasly, idarə edəcək. Bu arada, Pier uşaqlıqdan Zidanın fanatı olduğunu və "Formula 1"-də "10" nömrə seçimini də məhz ona görə seçdiyini etiraf edib.