“Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu
- 11 Dek 2019 14:20
- 842
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Keşlə” – “Kəpəz” matçının 45+1-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Franko Flores ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Zirə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə olunub.
Əsasnamənin 9-cu bəndinin şərtləri pozulduğuna görə “Zirə” klubu 800 manat cərimə olunub.
“Sumqayıt” – “Zaqatala” matçında “Zaqatala”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.