Qış fasiləsinə yekun vuran “Zirə” bu gündən etibarən mövsümün qalan hissəsi üçün hazırlığa start verib.

Rekord.az xəbər verir ki, Zaur Həşimovun çalışdırdığı kollektiv Bakıda bir araya gəlib.

“Qartallar” ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək. Ayın 8-də isə komanda Türkiyənin Antalya şəhərinə yola düşəcək.

Qəsəbə təmsilçisi burada “İC Santai” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq. 

“Qartallar” yanvarın 22-də Bakıya dönəcək.