Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Zirə” “Kəpəz”i qəbul edib. Zirədə keçirilmiş oyunu Rauf Cabbarov idarə edib.

Bu görüş əslində ötən gün keçirilməli idi. Lakin Zirəyə yağmış güclü qar səbəbindən qarşılaşma təxirə salınmışdı. Bu gün baş tutmuş oyunda 3 xalı meydan sahibləri bayram ediblər.

Turun əvvəlki oyunlarında “Neftçi” “Sumqayıt”a, “Turan Tovuz” isə “Şamaxı”ya 1:0 hesabıyla qalib gəlib, “Araz-Naxçıvan” – “Səbail” (0:0) və “Qarabağ” – “Sabah” (1:1) görüşləri sülhlə bitib.

Misli Premyer Liqası
24-cü tur

24 fevral

“Zirə” – “Kəpəz” 2:0
Qollar: Rafael Utziq, 62. Rüstəm Əhmədzadə, 90+2.
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 9. Luis Paçu, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.