“Zirə” klubu Robin Nqalande ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə “qartallar”ın rəsmi saytı məlumat yayıb.

Malavili hücumçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

“Zirə” Nqalande ilə 2019-cu ilin yanvarında 6 ay+1 illik şərtiylə müqavilə imzalamışdı. 27 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 5 oyunda iştirak edib.