«Zirə» ötən həftə Premyer Liqanın cari mövsümünün ən ağır məğlubiyyətini aldı. Qəsəbə təmsilçisi öz meydanında «Qarabağ»dan 6 cavabsız qol «yedi».

Rekord.az-ın məlumatına görə, klub rəhbərliyi böyükhesablı yenilgiyə rəğmən, futbolçuları cərimələməyib. Halbuki əsas heyət üzvlərinin əməkhaqqısından 30% faiz tutulması gözlənilirdi.

Rəsmilər ab-havanın tamamilə korlanmasını istəmədiyindən, bu fikirdən vaz keçib.

Əvəzində Zaur Həşimov bu gün oyunçuları sərt şəkildə tənqid və tənbeh edib. Baş məşqçi bu nəticədən xeyli utandığını və 3 gün keçsə də, hələ də özünə gəlmədiyini deyib. (sportinfo.az)