Xəbər verdiyimiz kimi "Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov sabiq baş məşqçi Samir Abasovun yayda etdiyi əksər legionerlərdən narazıdır. Daha doğrusu həmin futbolçular Həşimovun futbol fəlsəfəsinə uyğun deyil. Bu mənada yeni baş məşqçi qışda yeni legionerlərin alınacağına ümid edirdi.

 

Lakin Rekord.az-a daxil olan məlumata görə klub rəhbərliyi gənc məşqçinin bu istəyini həyata keçirə bilməyəcəyini deyib.

 

Çünki hazırkı legionerlərin müqaviləsi var və hamısını göndərmək mümkün deyil. İkincisi də qışda yenidən xeyli sayda legioner transfer etmək klubun büdcəsini aşır.