“Zirə” sadə bir vəziyyətdə qapımıza yol tapdı” - “Şerif”in baş məşqçisi
- 11 İyl 2024 23:37
- 171
“Rəqib komanda sadə bir vəziyyətdə qapımıza yol tapdı”.
Rekord.az xəbər verir ki, bunu "Şerif"in (Moldova) baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Zirə" ilə ilk oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis məğlubiyyətin acı olduğunu söyləyib: "Qol vurmalı olsaq da, bunu bacarmadıq. Görüş ərzində hücumlar yaratdıq, şanslarımızdan yararlana bilmədik. Rəqib komanda sadə bir vəziyyətdə qapımıza yol tapdı. Müdafiədə yol verdiyimiz səhvdən David Volkov ustalıqla istifadə etdi".
"Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.