“Zirə”nin müdafiəçisi Ange Mutsinzi və “Səbail”in hücumçusu  İnnosent Nşutinin formasını geyindikləri Ruanda millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, komanda evdə Nigeriya ilə qarşılaşıb.


Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nigeriya millisinin heyətində hər iki qolu “Qalatasaray”ın hücumçusu Viktor Osimhen vurub.


Həm Mutsinzi, həm də Nşuti meydana start heyətdə çıxıblar. “Zirə”nin müdafiəçisi görüşü əvəzolunmadan keçirib. “Səbail”in forvardı isə 82-ci dəqiqədə Habimana Yveslə əvəzlənib. 


5 oyundan sonra 7 xal toplamış Ruanda millisi qrupda 3-cü, 6 xala sahib Nigeriya isə 4-cü pillədə qərarlaşıb.