"Zirə" klubu yeni baza tikməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi artıq torpaq sahəsi də alıb və yaxın günlərdə məsələ ilə bağlı hüquqi prosedurlar tam başa çatacaq.

Tikinti işlərinə nə zaman başlanacağı isə hələlik bilinmir.

Qeyd edək ki, "Zirə" klubu hazırda icarə əsasında Zirə Olimpiya Kompleksinin meydançasından istifadə edir.