"Zirə"də məşq haqda düşünən yoxdur
- 02 Apr 2020 17:00
- 747
"Zirə" klubu da hazırda digər Premyer Liqa klubları kimi, məcburi istirahətə çəkilib.
Rekord.az xəbər verir ki, bəzi klublar hazırlığl bərpa etməklə bağlı müəyyən müzakirələr, təhlillər aparsa da zirəlilərin hələlik nə belə planı var, nə də müzakirəsi.
Klubun mətbuat katibi Elmar Abdullazadə saytımıza açıqlamasında bunları dedi: "Onsuz da rəsmi qərara görə, aprelin 13-ə kimi bütün idman qurğuları qapalıdı. Ona görə, ən azı həmin tarixə kimi tək biz yox,digər klubların da məşq keçməsi mümkün deyil. Eyni zamanda 10 nəfərdən artıq insanın bir araya gəlməsi də qadağandır. Ümumiyyətlə aprel ayı üçün hansısa planımızın hələ ki yoxdur. Məşqlərə nə vaxt başlamağımızla bağlı da hansısa müzakirələrin aparılmayıb".