“Zirə” heyətini mozambikli yarımmüdafiəçi ilə gücləndirib.


Rekord.az xəbər verir ki, Rikardo Martins Gimaraynş "Quima" ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.


29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Çaves", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib. O, Mozambik millisində meydana çıxdığı 15 oyunda 2 dəfə fərqlənib.