“Zirə” PFK məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb. 


Rekord.az xəbər verir ki, bundan sonra Ağabala Ramazanov əsas komandanın məşqçilər korpusunda yer alacaq.


Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi bunadək məşqçi kimi “Zirə”nin akademiyasında çalışıb. O, həmçinin 2020-22-ci illər aralığında “Zirə”də çıxış edib və bu komandanın kapitanı olub.