Bir müddət əvvəl “Zirə” ilə yollarını ayıran Soni Norde karyerasını Malayziyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, haitili hücumçu “Melaka Yunayted”ə transfer olunub. 

Bu barədə Malayziya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

2019-cu ilin iyulunda “Zirə”yə transfer olunan Norde, Azərbaycan Premyer Liqasında 11 oyunda iştirak edib və 1 qol vurub.