Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Şimali Makedoniya təmsilçisi “Breqalniça” ilə qarşılaşıb.

Hesabı 5-ci dəqiqədə rəqib komanda açıb. Amma zirəlilər buraxılan qolun əvəzini vaxtında çıxıblar. Qalan dəqiqələrdə başqa qol qeydə alınmadığından matç heç-heçə bitib.

Xatırladaq ki, Antalyaya hamıdan tez – yanvarın 5-də yollanan “Zirə” ilk yoxlama matçında Macarıstan “Peç”inə 3:5 hesabı ilə məğlub olub, ardından “Qurnik”lə (Lençna, Polşa) heç-heçə edib – 2:2.

Yoxlama oyunu
24 yanvar

Zirə – Breqalniça 1:1
Qol: Volkov, 14 – Duyovski, 5.