
“Zirə”dən darmadağın, Tovuzda heç-heçə
- 30 Mar 2025 19:55
- 116
Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
“Kəpəz” Tovuzda “Səbail”lə qarşılaşıb. Bu görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Turun qapanış matçında “Zirə” “Şamaxı”nı qəbul edib. Bu görüşdə isə meydan sahibləri darmadağına seviniblər.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Qarabağ” “Turan Tovuz”a 4:1 hesabıyla qalib gəlibsə, “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” – “Sabah” (3:3) matçlarında qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
28-ci tur
30 mart
“Kəpəz” – “Səbail” 1:1
Qollar: Şevroni Mabatşoev, 41 - Dmitri Litvin, 68.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 16:00.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 78. Yeqor Xvalko, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.
Səbail: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev 3. Dmitri Litvin, 4. Marko Nikoliç, 7. Madi Keta, 5. Gitay Sofir.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali, 99. İnnosent Nşuti.
Baş məşqçi: Elvin Məmmədov.
“Zirə” – “Şamaxı” 3:0
Qollar: Davit Volkov, 53. Ruan Renato, 71. Salifu Suma, 90+3.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 30. Rikardo Martins, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 18. Cəlal Hüseynov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 6. Rauf Rüstəmli, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.