“Zirə”dən güclü olduğumuzu sübut etmək istəyirik”
- 17 İyl 2024 20:15
- 220
“Zirə” sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında Moldovanın “Şerif” klubu ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bu gün Bakıda Moldova təmsilçisinin baş məşqçisi Yuri Quranın mətbuat konfransı keçirilib.
Ukraynalı çalışdırıcı sabahkı matçda ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib:
“Sabahkı oyunda çalışacağıq ki, ilk matçdakı məğlubiyyətin əvəzini çıxaq. Favorit sayılmaq üçün bunu meydanda sübüt etmək lazımdır. İstərdik ki, “Zirə”dən güclü olduğumuzu sübut edək. Bunun üçün əlimizdən gələni edəcəyik. Hər bir baş məşqçi qələbə qazanmaq istəyir.
Bizim komandada kifayət qədər moldovalı futbolçu var. Bura Avropa Liqasıdır və biz belə qərara gəldik ki, daha çox avropalı futbolçulardan yararlanaq. Hər iki komanda üçün “isti” olacaq. Əyubb Allaşla danışmışam, Zirə” haqqında ondan müəyyən məlumatlar almışam.
Roman Qrikorçukla söhbətim olmayıb. “Neftçi”də məşq toplanışında başı qarışıq olduğuna görə onu narahat etmək istəmədim. Bütün ssenariləri düşünmüşük və istənilən duruma hazırıq.”
“Zirə” və “Şerif” arasında cavab matçı iyulun 18-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Moldovadakı ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə qazanıb.