“Zirə”nin bir oyunu təxirə salınıb, digərinin yeri dəyişdirildi
- 16 Avq 2024 23:37
- 174
Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilməsi planlaşdırılan "Zirə" - "Araz-Naxçıvan" oyunu təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
"Qartallar" Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.
Bundan əlavə, 4-cü turunda “Şamaxı” – “Zirə” matçı ilə 12-ci turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.