"Zirə"nin fəxri prezidenti heç-heçəyə görə 700 manat mükafat verdi
- 02 Noy 2019 14:00
- 856
"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov futbolçuları yenə yaxşı mənada təəccübləndirib.
Rekord.az xəbər verir ki, o, Premyer Liqanın son turunda "Sabah"la heç-heçə (2:2) etməsinə baxmayaraq, komandaya mükafat ödəyib.
Masazırda keçirilən qarşılaşmada sərgilənən oyundan razı qalan Orxan Məmmədov əsas heyətin hər bir üzvünü 700 manat verib. O, bunu yeni baş məşqçisinə qovuşan kollektivi ruhlanlandırmaq məqsədilə edib. (sportinfo.az)