“Zirə”nin Kipr klubu ilə Bakıdakı oyununu latviyalı hakim idarə edəcək
- 16 Avq 2024 17:40
- 204
Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək hakim müəyyənləşib.
Rekord.az xəbər verir ki, matç Latviyadan olan Vitali Spasyonnikova tapşırılıb.
Avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşma saat 20:00-da start götürəcək.
İlk görüş avqustun 22-də baş tutacaq.