"Zirə"nin legionerini soydular
- 19 Dek 2019 11:00
- 947
“Zirə”nin legioneri Bakıda soyulub. Hadisə Səbail rayonunda baş verib. Afrikalı futbolçunu dilənçilər qarət edib.
Rekord.az xəbər verir ki 37 yaşlı paytaxt sakini Məmməd Hüseynov Səbail rayonu Polis İdarəsinə müraciət edib.
O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvanaya yaxınlaşıb.
Onlar gedəndən sonra afrikalı hücumçunun cibindən 500 dollar və 15 manat pul oğurlandığını aşkar edib.
Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.