“Zirə”nin nəyə qadir olduğunu bilirdik”
- 02 Avq 2024 01:55
- 161
“Zirə”ni təbrik edirəm. Onlara növbəti mərhələdə uğurlar arzulayıram”.
Rekord.az xəbər verir ki, bu sözləri Slovakiyanın “Dunayska Streda” komandasının baş məşqçisi Xisko Munyos Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"yə uduzduqları cavab oyundan (1:2) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, bugünkü matçda aldıqları qırmızı vərəqənin oyunun qırılma nöqtəsi olduğunu bildirib: “Bizdən fərqli olaraq rəqib anlaşma daha yüksək səviyyədə idi. Ümumiyyətlə, bir çox şey “Zirə”də daha yaxşı alınırdı. Bugünkü matçda qırmızı vərəqə almağımız qırılma nöqtəsi oldu. Halbuki hesabı bərabərləşdirmişdik, ikinci qolu da vura bilərdik. “Zirə”ni hərtərəfli analiz etmişdik. Nəyə qadir olduqlarını bilirdik. Elə meydanda da gözlədiyimiz “Zirə”ni gördük”.