Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” yeni qapıçı transfer edib.

Rekord.az xəbər verir ki, Tiraspol təmsilçisi Malta millisinin üzvü Raşed Əl-Tumi ilə anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanıb.

Raşed Əl-Tumi daha əvvəl “Noçerina”, “Sliema Vondarers” komandalarda da çıxış edib.

“Zirə” "Şerif"lə ilk oyunu iyulun 11-də səfərdə, cavab matçını isə 18-də Bakıda keçirəcək.