Futbol üzrə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 20 turu arxada qalıb.

Rekord.az xəbər verir ki, bu qarşılaşmalar “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında bəzi dəyişikliklərə səbəb olub. Bu barədə “Zirə”nin rəsmi “facebook” səhifəsi məlumat yayıb.

Hazırkı heyətin rekordçusu olan Yovan Krneta 2 görüşə çıxdığından, mövqeyi dəyişməz qalıb. Lakin serbiyalı müdafiəçi 4-cü pillədə olan Vüqar Mustafayevdən artıq bir oyun geri qalır. 13 turda iştirak edən Tellur Mütəllimov isə 7-ci sıraya yüksəlib. 15 matça çıxan İlkin Muradov ilk “onluğ”a daxil olub.

Siyahının 1-ci pilləsində Adil Nağıyev qərarlaşıb – 83 oyun