“Zirə”yə 3200 manat cərimə, kapitanına 4 oyunluq cəza
- 18 Fev 2020 17:20
- 711
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, Premyer Liqanın 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Fernan Lopes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Keşlə” oyununda “Neftçi”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində “Zirə”nin futbolçusu Cavid Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.
“Sumqayıt” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.