Zöhrə Ağamirovadan Fransada gümüş medal
- 09 Apr 2023 11:00
- 339
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq qran-pridə gümüş medal əldə edib.
Rekord.az xəbər verir ki, 22 yaşlı idmançı çoxnövçülük proqramında fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Bu turnirdə Zöhrə Ağamirova ilə yanaşı, böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmanın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina da mübarizə aparırlar.
Qran-priyə aprelin 9-da yekun vurulacaq.