![photo](https://rekord.az/uploads/5/agayeva-zumrud-600x300.jpg)
Zümrüd Ağayevaya UEFA-dan növbəti təyinat
- 2024-05-24 17:20
- 137
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində C liqasının 3-cü qrupunda mayın 31-də, saat 19:00-da keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.