“0:10 hesabı ilə məğlub ola bilərdik”
- 07 Mar 2020 20:23
- 733
"İnanıram ki, "Neftçi"nin qapıçısı Aqil Məmmədov yaxşıdır. Hazırda ən vacib məsələ budur. "Neftçi"nin ilk hücumunda qol buraxdıq. Rəqib bizdən daha yaxşı oyun sərgilədi. Qarşılaşmadakı ikinci qol həlledici oldu. 0:10 hesabı ilə məğlub ola bilərdik. İkinci qolu buraxmamalıydıq. Onların sürətli və keyfiyyətli futbolçuları var".
Rekord.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XX turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, futbolda belə hesablar olur: "Ötən tur "Qarabağ"la qolsuz heç-heçə etdik. Bu gün 5:2 və başqa cür də ola bilərdi. Rəqib ilk hücumda qol vurursa, sona qədər açıq futbol sərgiləmək lazımdır".
Xorvatiyalı məşqçi deyib ki, futbolçulara baxanda yaxşı heyətə sahibdirlər: "Oyunda bütün məsuliyyət mənimdir. Hansısa futbolçu hazırlığa bir gün tez və ya bir gün gec qatılır. Bu gün "Neftçi" qalib gəldi. Ola bilər ki, növbəti görüşlərdə sevinən tərəf biz olaq".