1-ci Liqa klublarının cəzası açıqlandı
- 20 Dek 2024 13:40
- 57
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 10-cu turunun oyunları ilə aşağıdakı qərarlar qəbul olunub:
MOİK – “Baku Sporting” oyununda “Baku Sporting” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilib.
“Karvan” – “Mingəçevir” oyununun 46-cı dəqiqəsində “Mingəçevir” komandasının 24 nömrəli futbolçusu Xəyal Xudaverdiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” komandası 100 manat cərimə edilib.
“Zaqatala” – “Cəbrayıl” oyunu “Cəbrayıl” komandasının qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə “Cəbrayıl” komandası 80 manat cərimə edilib.
“Qəbələ” – “Qaradağ Lökbatan” oyununun 65-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Xəyyam Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilib.
“İmişli” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.