1-ci Liqa klublarının da cəzaları açıqlandı
- 15:30
- 34
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün baş tutan iclasda 1-ci Liqanın 12-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
MOİK – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilib.
MOİK – “İmişli” oyunu bitdikdən sonra “İmişli” klubunun 11 nömrəli futbolçusu Seyxan Fərəcov stadionun əmlakına zərər vurduğuna görə 1 oyun cəzalanıb, “İmişli” klubu 100 manat cərimə edilib.
MOİK – “İmişli” oyununda MOİK klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Karvan” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” klubu 70 manat cərimə edilib.
“Karvan” – “Difai” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” komandası 50 manat cərimə edilib.
“Karvan” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” komandası 80 manat cərimə edilib.
“Qəbələ” – “Baku Sportinq” oyununda “Qəbələ” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununda “Qaradağ Lökbatan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununun 74-cü dəqiqəsində “Qaradağ Lökbatan” komandasının baş məşqçisi Fərid Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Cəbrayıl” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” komandası 80 manat cərimə edilib.
“Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilib.
“Zaqatala” – “Mingəçevir” oyununun 75-ci dəqiqəsində “Mingəçevir” komandasının 15 nömrəli futbolçusu Elnur Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” komandası 50 manat cərimə edilib.
“Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Mingəçevir” komandası 150 manat cərimə edilib.
“Zaqatala” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Zaqatala” komandası 80 manat cərimə edilib.