Finalın adı "Qarabağ" - "Sabah". "Neftçi"nin finalda olması, daha fərqli ajiotaj yaradacaqdı, amma olmadı. "Sabah" bu cütlükdən daha güclü çıxdı. "Layiq deyildilər" demək də insafsızlıq olardı. Nəzərə alsaq ki, ilk oyunun son dəqiqəsində təmiz penaltilərini də verməmişdilər, komanda heç bir kənar təsir olmadan, təmiz rəqabətdən qalib ayrılmaqla final biletini aldı. "Neftçi" günü sabahdan bu oyunu, ümumiyyətlə, bu mövsümü unudub növbəti mövsümə hazırlaşmalıdır. Heyət başdan-ayağa dəyişməlidir. Səmimi danışsaq, guya bu heyətlə finala çıxıb neyləyəcəkdi? Hələ avrokuboklardan danışmıram. Hazırkı durumda avrokuboklar heç arzuolunan da deyil. Rahat şəkildə yeni komanda qurmaq lazımdı. Anderssonun yığdığı "atxod"lar tamamilə təmizlənməlidir. Samir Abasovla bağlı fikirlərim də dəyişməz olaraq qalır. Bəzi azarkeşləri, onların hisslərini başa düşürəm, amma bir şeyi də unutmayaq ki, peşəkar klub tez-tez məşqçi dəyişmir. Bir məşqçini inanıb gətirmisənsə, ona vaxt verməlisən. Samiri kim bəyənmir, niyə bəyənmir öz işləridir, hər kəs hamını bəyənə bilməz. Ola bilsin, onların da Samiri bəyənməmək üçün öz arqumentləri var. Mənə görə Samir hazırda ölkənin ən güclü 3 yerli məşqçisindən biridir. Adam davamlı olaraq öz üzərində işləyir, imkan tapan kimi ölkə xaricinə, top klubların düşərgəsinə gedir, xarici dil bacarığını yaxşılaşdırır. Yəni bəzi məşqçilər kimi, boş vaxtlarında özünü günə vermir. Samiri daha yaxından tanıdığım üçün bunları deyirəm. Ən çox güldüyüm də "Sumqayıtlı olduğu üçün təriflətirsiniz" temasıdı. Biz zaman-zaman Tərlan Əhmədovu da dəstəkləyirik, Ayxan Abbasovu da, Azər Bağırovu da. "Kəpəz"də işləyəndə Tərlanı dəstəklədiyim üçün bəzi gəncəlilər mənə "Tərlançı" deyildi. Ayxanın U-21-ə baş məşqçi təyinatı rəsmləşən kimi, mesaj yazıb təbrik etdim. Onlar da sumqayıtlıdır? Allah şahiddir ki, bu dəqiqə mənim telefonumda heç Samir Abasovun nömrəsi yoxdur. Sadəcə, yerli məşqçidir, bacarıqlı məşqçidir, zəhmətkeşdi. Şübhə də etmirəm ki, "Neftçi"yə böyük uğurlar qazandıracaq. Sadəcə, inanmaq, dəstək olmaq, zaman, şans vermək lazımdı. Bəzi "Neftçi" azarkeşlərinə sözüm: indi "Qarabağ"la tarix yazan Qurban Qurbanov ilk olaraq "Neftçi"yə baş məşqçi təyui