Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Dijon”un qapıçısı Alfred Qomisi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Renn” seneqallı qapıçı üçün “Dijon”a 10 milyon avro ödəyəcək.

Alfred Qomis 2019-cu ildən “Dijon”un uğurları üçün çalışırdı. O, daha öncə “Krotone”, “Avellino”, “Çezena”, “Bolonya”, “Salernitana”, SPAL klublarında da çıxış edib. Qolkiper həm də Seneqal yığmasının üzvüdür. 

“Renn” bir müddət əvvəl qapıçısı Eduard Mendini 25 milyon avroya “Çelsi”yə satmışdı. Bu komandanın əsas qapıçısı isə 36 yaşlı Romen Salendir.