10 qol buraxdı, Premyer Liqanın tarixinə düşdü
- 20 İyn 2020 17:41
- 713
“Rostov”un qapıçısı Denis Popov Rusiya Premyer Liqasında “Soçi”yə 1:10 hesabıyla məğlub olduqları oyunun ən yaxşısı seçilib.
Rekord.az xəbər verir ki, bundan başqa, 17 yaşlı qapıçı böyükhesablı məğlubiyyətə baxmayaraq, çempionatın tarixinə də düşüb. Belə ki, Popov Premyer Liqa tarixində bir oyunda ən çox qurtarış edən qapıçı olub. O, qapısına vurulan 41 zərbədən 14-nü dəf etməyi bacarıb. Yeniyetmə qolkiper bir penalti də dəf edib.
Dünən keçirilən oyundan əvvəl “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlandığı, əsas və əvəzedici komandanın bütün heyəti karantinə alındığı üçün klub bu qarşılaşmaya 17 yaşlı futbolçuları göndərmək məcburiyyətində qalıb.