Azərbaycan Basketbol Liqasında 11-ci tura yekun vurulub.


Rekord.az xəbər verir ki, turun son qarşılaşmaları B qrupunda baş tutub.


"Şəki" evdə "Quba"nı qəbul edib. Şəki Olimpiya İdman Kompleksində baş tutan görüşdə meydan sahibləri qələbə qazanıb - 78:56.


"Gəncə" isə səfərdə "Lənkəran"la qarşılaşıb. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən oyun Gəncə təmsilçisinin qələbəsi ilə nəticələnib - 79:66.


Turun əvvəlki görüşlərində A qrupunda "Sabah" "Sərhədçi"ni 85:78, NTD "Abşeron"u 87:77, "Neftçi" "Naxçıvan"ı 73:63 hesabı ilə məğlub edib. B qrupunda isə "Ordu" "Sumqayıt" üzərində qələbə qazanıb - 89:82.