Futbol üzrə Şotlandiya çempionatında “Seltik”ə aid olan 114 illik rekord yenidən təkrarlanıb.

Rekord.az xəbər verir ki, buna sözügedən klubun əzəli rəqibi “Reyncers” nail olub.

“Reyncers” Şotlandiya çempionatının yeni mövsümündə 6-cı tur çərçivəsində səfərdə “Hamilton”a 2:0 hesabıyla qalib gəlib. Bununla da sözügedən komanda mövsümün startındakı ardıcıl altıncı oyununda qapısını toxunulmaz saxlamağı bacarıb. Rəqib qapılarından 11 top keçirən “Reyncers” qol buraxmayıb. Bu isə “Seltik”in 1906-cı ildə imza atdığı rekordun təkrarıdır. Sözügedən komanda növbəti turda da qapısını toxunulmaz saxlaya bilsə, yeni rekord müəyyənləşdirmiş olacaq.

6 turdan sonra 16 xala malik “Reyncers” Şotlandiya çempionatının lideridir.