1/4 finalın cütləri bəlli oldu
- 04 Dek 2019 20:20
- 931
Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, Birinci Diviziondan olan rəqiblərinə qalib gələn “Keşlə”, “Zirə”, “Sabah” və “Sumqayıt” klubları 1/4 finala vəsiqə qazanıblar.
Bununla da 1/4 finalda üz-üzə gələcək bütün cütlüklər müəyyənləşib.
Azərbaycan kuboku
1/4 final
15/16-19/20 dekabr
“Qəbələ” - "Sabah"
“Səbail” - "Zirə"
“Neftçi” - “Sumqayıt”
“Qarabağ” - "Keşlə"