Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, sözügedən mərhələ Bundesliqanın iki köklü klubu “Borussiya”ların dueli ilə əlamətdar olacaq.

Belə ki, Dortmund və Münhenqladbax “Borussiya”ları yarımfinala vəsiqə uğrunda bir-biri ilə mübarizə aparacaq.

Digər cütlər aşağıdakı kimidir. 

Qeyd edək ki, Almaniya kubokunda 1/4 final görüşləri martın 2-3-də baş tutacaq.

Almaniya kuboku
1/4 final

Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund)

Rot-Vays Essen - Holştayn

Yan Regensburq – Verder

Leypsiq - Volfsburq