14 yaşlı futbolçu ABŞ çempionatının tarixinə düşdü
- 18 İyl 2024 14:30
- 144
"Filadelfiya Yunion" klubunun futbolçusu Kavan Sallivan ABŞ-nin əsas çempionatı olan MLS-in tarixinə düşüb.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi MLS tarixində meydana çıxan ən gənc futbolçu olub.
O, bunu "Nyu-İnqlend Revolyuşn" ilə oyunda reallaşdırıb. Futbolçu bu matçda meydana çıxarkən 14 yaş 293 günlüyündə olub. Sallivan 85-ci dəqiqədə Taya Baribonu əvəzləyib.
Bundan əvvəlki rekord ABŞ millisinin sabiq üzvü Freddi Aduya məxsus idi. "DC Yunayted"in sabiq futbolçusu 2004-cü ildə, 14 yaş 306 günlüyündə olarkən "San Xose"yə qarşı oyunda meydana çıxıb və uzun müddət bu rekordun sahibi olub.