“Bornmut” növbəti transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lion “Olimpik”inin yarımmüdafiəçisi Romen Fevri transfer edib.

25 yaşlı fransız futbolçu İngiltərə klubu ilə 5 illik müqavilə bağlayıb. “Bornmut” onun transferi üçün Fransa klubuna 15 milyon avro ödəyib. Amma Fevrin 2023/24 mövsümünü Fransanın digər klubu “Loryan”da icarədə keçirəcəyi bildirilib.

Fevr daha öncə “Tur”, “Monako” və “Brest”də də oynayıb, Fransanın U-21 yığmasının uğurları üçün çalışıb.