Qazaxıstanın “Kayrat” klubu 16 il sonra Premyer Liqanın qalibi olmağı bacarıb.

Rekord.az xəbər verir ki, komanda 17-ci turda “Ordabası”yə 3:1 hesabı ilə qalib gəlməklə ən yaxın izləyicisi “Astana” ilə xal fərqini 17-yə çatdırıb. Beləliklə, “Kayrat” çempionluğunu rəsmiləşdirib.  

Klub bunadək Premyer Liqada son dəfə 16 il əvvəl- 2004-cü ildə qalib olub. Eyni zamanda bu, “Kayrat”ın tarixi ərzində 3-cü çempionluğudur. İlk qalibiyyət isə 1992-ci ildə reallaşıb.

Qeyd edək ki, 11 komandanın mübarizə apardığı Qazaxıstan çempionatında “Kayrat”ın aktivində 44, ondan 2 oyun az keçirən “Astana”nın isə 27 xal var.