16 ildən sonra Premyer Liqa klubundan ayrıldı
- 12 Avq 2020 10:30
- 606
İngiltərənin “Lester Siti” klubu futbolçusu Endi Kinqlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə “tülkülər”in mətbuat xidməti məlumat yayıb.
Uelsli yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
2004-cü ildən “Lester Siti”də forma geyinən Kinq, Premyer Liqa təmsilçisi ilə 370-dən çox rəsmi oyunda iştirak edib.
31 yaşlı yarımmüdafiəçi Uels millisiylə 50 oyuna çıxıb və 2 qol vurub.